Teymur Rəcəbov dünya çempionunu geridə qoydu
02 İyul 2012 Bazar Ertəsi 17:40
FİDE iyul ayının əvvəli üçün dünyanın ən güclü şahmatçılarının reytinq cədvəlini dərc edib.
FİDE iyul ayının əvvəli üçün dünyanın ən güclü şahmatçılarının reytinq cədvəlini dərc edib. AzərTAc xəbər verir ki, aktivində 2788 reytinq xalı olan azərbaycanlı qrossmeyster Teymur Rəcəbov dünya çempionu, hindistanlı Vişvanatan Anandı (2780) geridə qoyaraq dördüncü yerə çıxıb. Siyahıda birinci yeri isə norveçli Maqnus Karlsen (2837) tutur.
Vüqar Həşimov (2737) 17-ci yeri saxlamış, Şəhriyar Məmmədyarov isə (2726) 22-ci yerdən 23-cü yerə düşüb. Ən güclü gənc şahmatçıların ilk iyirmiliyində iki Azərbaycan nümayəndəsi vardır: Eltac Səfərli (2623 xal, 9-cu yer) və Vasif Durarbəyli (2576 xal, 18-ci yer). Komanda reytinqində orta göstəricisi 2638 xala bərabər olan Azərbaycan 10-cu yeri tutur.
DOSTLARINLA PAYLAŞ: