Teymur R. Vasili İ. heç-heçə oynayıb
İspaniyada keçirilən şahmat üzrə ənənəvi beynəlxalq Linares superturniri davam edir. Yarışda Azərbaycanı təmsil edən beynəlxalq qrossmeyster Teymur Rəcəbov 9-cu turda ukraynalı Vasili İvançukla qarşılaşıb. İkinci dövrənin ilk turunda hindistanlı Vişvanatan Anandla heç-heçə oynayan Teymur, bu dəfə İvançukla heç-heçəyə razılaşıb. 9 turdan sonra aktivində 3.5 xalı olan Teymur Rəcəbov sonuncu 8-ci mövqedə qərarlaşıb. İkinci dövrənin üçüncü turunun görüşləri bu gün keçiriləcək. Teymur Rəcəbov erməni şahmatçı Levon Aronyanla qarşılaşacaq.
Qeyd edək ki, 17 gün davam edəcək Linares superturnirinə martın 7-də yekun vurulacaq. Ümumi mükafat fondu 314 min avro təşkil edən turnirin qalibini 100 min avro məbləğində pul mükafatı gözləyir. /ANS PRESS/
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
LİNARES SUPERTURNİRİ
|
1. |
Aleksandr Qrişuk
|
6 |
g |
RUS |
|
2733 |
2. |
Vasili İvançuk
|
5 |
g |
UKR |
|
2779 |
3. |
Levon Aroniyan
|
5 |
g |
ERM |
|
2750 |
4. |
Maqnus Karlsen
|
5 |
g |
NOR |
|
2776 |
5. |
Vişvanatan Anand
|
4,5 |
g |
HND
|
|
2791 |
6. |
Leinier Dominguez Perez |
3,5 |
g |
KUB |
|
2717 |
7. |
Vang Yue |
3,5 |
g |
ÇİN |
|
2739 |
8. |
Teymur Rəcəbov |
3,5 |
g |
AZE |
|
2761 | |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|