Teymur R. məğlub oldu
"Amber" turnirinin X turunda ukrayna şahmatçısı ilə qarşılaşan Rəcəbov, gözübağlı partiyada rəqibinə məğlub olsa da, sürətli partiyada heç-heçə oynamağı bacarıb
Monakoda keçirilən "Amber" şahmat turnirində X turun görüşlərinə yekun vurulub. Yarışda Azərbaycanı təmsil edən beynəlxalq qrossmeyster Teymur Rəcəbov bu tur ukraynalı Vasili İvançukla qarşılaşıb. Gözübağlı (Blindfold) partiyada rəqibinə məğlub olan Teymur, sürətli (Rapid) partiyada heç-heçə oynayıb. X turdan sonra aktivində 8 xalı olan Teymur Rəcəbov 12 şahmatçı arasında 11-ci mövqedə qərarlaşıb. Bu gün yarışda sonuncu XI turun görüşləri keçiriləcək. Teymur Rəcəbov Norveç şahmatçısı Maqnus Karlsenlə qarşılaşacaq.
/ANS PRESS/