Teymur R. heç-heçə oynayıb
25 Mart 2009 Çərşənbə 10:50
Şahmatçımız Monakoda keçirilən "Amber" turnirinin IX turunda macarıstanlı Peter Lekoyla qarşılaşıb
Monakoda keçirilən "Amber" şahmat turnirində IX turun görüşləri keçirilib. Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov bu tur macarıstanlı Peter Leko ilə qarşılaşıb. Tərəflər həm gözübağlı (Blindfold) həm də sürətli (Rapid) şahmatda qalibi müəyyənləşdirə bilməyiblər. Hər iki partiya heç-heçə başa çatıb. IX turdan sonra aktivində 4 xalı olan Teymur Rəcəbov 12 şahmatçı arasında 8-ci mövqedə qərarlaşıb. Bu gün yarışda X turun görüşləri keçiriləcək. Teymur Rəcəbov ukraynalı Vasili İvançukla qarşılaşacaq.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar