Teymur R. "Amber" turnirinə heç-heçə ilə başladı
15 Mart 2009 Bazar 13:25
Şahmatçımız Monakoda keçirilən yarışın ilk turunda bolqarıstanlı Veselin Topalovla qarşılaşıb
Monakoda "Amber" şahmat turniri start götürüb. Yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov ilk turda bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. Tərflər həm gözübağlı (Blindfold) həm də sürətli (Rapid) şahmatda qalibi müəyyənləşdirə bilməyiblər. İlk turdan sonra aktivində 1 xalı olan Teymur Rəcəbov 12 şahmatçı arasında 6-cı mövqedə qərarlaşıb. Bu gün yarışda 2-ci turun görüşləri keçiriləcək. Teymur Rəcəbov rusiyalı şahmatçı Vladimir Kramniklə qarşılaşacaq.
 
/ANS PRESS/


DOSTLARINLA PAYLAŞ:

oyunlar