Teymur Məmmədov Olimpiya Oyunlarında növbəti mərhələyə keçdi
02 Avqust 2012 Cümə Axşamı 02:13
Boksçusu Teymur Məmmədov XXX London Yay Olimpia oyunlarında növbəti mərhələyə keçməyə müvəffəq olub
Bu gün Azərbaycan boksçusu Teymur Məmmədov XXX London Yay Olimpia oyunlarında ringə çıxıb. 91 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Teymur Məmmədov növbəti mərhələyə keçməyə müvəffəq olub. 1/8 final mərhələsində Avstraliya təmsilçisi Tapu Opetaya Cayla ilə döyüşən idmamçınız qarşılaşmanın qalibi olub.

Qeyd edək ki, qarşılaşmanın ilk 2 raundu 5-5 və 4-4 hesabla heç-heçə başa çatıb. Üçüncü raundda isə 3-2 hesabla üstünlük əldə edən Teymur Məmmədov 12-11 ümumi hesabı ilə mübarizənin qalibi olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar