Futbol üzrə XVIII Azərbaycan çempionatının ilk turunda baş tutmalı olan “Bakı”-“Xəzər-Lənkəran” və “Qarabağ”- “Standart” oyunları “Bakı” və “Qarabağ”-ın Avropa Liqalarındakı qarşılaşmalarına görə təxirə salınmışdı.
Peşəkar Futbol Liqasından ANS PRESS-ə verilən məlumata görə, bu oyunların keçiriləcəyi vaxt qurum tərəfindən artıq müəyyənləşdirilib. Klublarımızın Avropa Liqasındakı oyunlarından sonra Peşəkar Futbol Liqası bu matçların keçirilmə vaxtlarını ictimaiyyətə açıqlayacaq. /ANS PRESS/