Tərlan Kərimov və Kifayət Qasımova Avropa çempionatının yarımfinalında
21 Aprel 2011 Cümə Axşamı 17:09
Tərlan Kərimov və Kifayət Qasımova qızıl medal uğrunda mübarizə aparır.
Türkiyədə cüdo üzrə Avropa çempionatı keçirilir. ANS PRESS-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirin ilk günündə iki cüdoçumuz yarışların yarımfinal mərhələsinə vəsiqə qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən Tərlan Kərimov özü üçün ən azı bürünc medalı təmin edib. 57 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz Kifayət Qasımova da qitə birinciliyinin yarımfinalına çıxıb. Xanım cüdoçumuz finala vəsiqə uğrunda portuqaliyalı Telma Montero ilə münasibətlərinə aydınlıq gətirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar