Tennisin yeni kraliçası
10 Sentyabr 2010 Cümə 17:05
İndi hamı 20 yaşlı Karolina Vaznyaçkidən danışır.
Dünya qadın tennisinin yeni ulduzu peyda olub. ABŞ-da davam edən “US Open” tennis turnirinin ¼ final qarşılaşmasında slovak Dominika Cibulkovaya 2 setdə qalib gələn Karolina Vaznyaçki iddiasını ortaya qoyub.

Bu qələbədən sonra mütəxəssislər hələ 20 yaşı yenicə tamam olan danimarkalı gənc qızın gələcəkdə adını tennis tarixinə qızıl hərflərlə yazdıracağını bir ağızdan söyləməyə başlayıblar.

Tennis kortlarında çıxdığı son 20 qarşılaşmanın 19-da qalib gələn Vazniaçki “US Open”in yarımfinal mərhələsində rusiyalı Vera Zvanaryova ilə görüşəcək. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar