Tennis kortunda parlayan rusiyalı gözəlçə Mariya Şarapova
04 Sentyabr 2010 Şənbə 10:20
Mariya Şarapova “US Open”i qazanmağa iddialıdır.
ABŞ-ın Nyu-York şəhərində tennis üzrə nüfuzlu “US Open” turniri keçirilir. Ümumi mükafat fondu 22 milyon dollar olan yarışda favoritlər növbəti qələbələrini qazanıblar. 2006-cı ildə “US Open”nin qalibi olmuş rusiyalı Mariya Şarapova baş mükafata iddialı olduğunu öz oyunu ilə göstərir.

Şarapova bu dəfə çexiyalı İveta Benesovaya heç bir şans verməyib – 6-1, 6-2. Rusiyalı raketka ustası növbəti mərhələdə Beatris Kapra ilə münasibətlərinə aydınlıq gətirəcək.

“US Open”nin qadın tennisçilərin mübarizəsində favorit olan digər tennisçilər də qələbə qazanıblar. Turnirin reytinq favoriti - danimarkalı Karolin Vaznyaçki, rusiyalı Mariya Kirilenko və Vera Zvanaryova növbəti mərhələyə çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar