Təmsilçimiz Sank-Peterburqda 7-ci oldu
23 Avqust 2010 Bazar Ertəsi 23:20
Dünya çempionatında sürətli dama yarışları başa çatıb.
Bu gün Sank-Peterburqda gənc oğlan və qızlar arasında rus daması üzrə Dünya çempionatında sürətli dama yarışları başa çatıb. Azərbaycan damaçıları arasında ən yaxşı nəticəni 64 xanalı (rus) dama üzrə Avropa birinciliyinin gümüş mükafatçısı Aslan Aslanlı göstərib. O, 9 turda 18 mümkün xaldan 11 xal toplayaraq, 1991-1993-cu il təvəllüdlü yeniyetmlərin yarışında 18 iştirakçı arasında 7-ci yeri tutub.

Dünya çempionu titulunu heç bir oyunu uduzmayan Peterburq damaçısı Dmitri Abarinov (13 xal) qazanıb.

Azərbaycanın digər təmsilçiləri Elxan Mehdizadə (10 yaşadək) 33 damaçı arasında 23-cü, Anar İsmayılov və Vüqar Babayev (13 yaşadək) 32 damaçı arasında müvafiq olaraq 20 və 28 –ci, Sidqi Samanduyev (16 yaşadək) 22 damaçı arasında 13-cü, qızlardan Nərmin Mehdiyeva (10 yaşadək) 20 damaçı arasında 18-ci, Tahirə Bağırzadə isə 22 idmançı arasında 20-ci yerləri tutublar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar