Təmsilçimiz Orxan Məmmədov Avropa çempionatına yollanır
13 Aprel 2010 Çərşənbə Axşamı 13:45
Orxan Məmmədov 17 yaşlı futbolçuların oyunlarını idarə edəcək.
FİFA laynsmanı Orxan Məmmədov yeni təyinat alıb. AFFA-dan verilən məlumata görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək oyunlarda baş hakim köməkçilərindən biri də Orxan Məmmədov olacaq.
U-17-lərin Avropa çempionatının final mərhələsi 2010-cu il mayın 18-dən 30-dək Lixtenşteyndə keçiriləcək. Bu mərhələdə komandalar 2 qrupda mübarizə aparacaq.
A qrupunda Fransa, İspaniya, Portuqaliya və İsveçrə, B qrupunda isə Yunanıstan, Türkiyə, İngiltərə və Çexiya yığmaları çıxış edəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: