Təmsilçimiz Elçin Muradov Avropa çempionu oldu
25 İyun 2012 Bazar Ertəsi 14:00
Paralimpiyaçı Elçin Muradov 11,49 saniyə nəticə göstərib
Hollandiyanın Staadskanal şəhərində paralimpiyaçılar arasında yüngül atletika üzrə Avropa çempionatı keçirilir. Azərbaycan idmançısı Elçin Muradov uğurla çıxış edib. Yarımfinalda T 11 kateqoriyasında 100 metrlik distansiyanı 11,52 saniyəyə qət edən idmançımız birinci yeri tutaraq finala çıxıb.
Finalda E.Muradov Portuqaliya, İspaniya və Fransadan rəqiblərini geridə qoyub və 11,49 saniyə nəticə göstərərək Avropa çempionu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar