Təmsilçimiz dünya ikincisi oldu
26 İyul 2010 Bazar Ertəsi 23:05
1 nəfərlik qayıqda yarışmış idmançımız alman idmançıdan geri qalıb.
Belarusun Brest şəhərində keçirilən avarçəkmə üzrə 23 yaşlılar arasında Dünya çempionatında Azərbaycan idmançılarının qazancı 1 gümüş medal olub.

“Akademik” avarçəkmə növündə, 1 nəfərlik qayıqda yarışmış Aleksandr Aleksandrov dünya ikincisi adını qazanıb. O, 2000 metr məsafəyə yürüşdə təkcə almaniyalı Karl Şultsedən geri qalıb.

Cavid Əfəndiyev və İqor Xamara dueti isə eyni məsafədə 6-cı yeri tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar