Təmsilçimiz argentinalı ilə sülh bağlayıb
    16 Yanvar 2010 Şənbə 16:30
    İspaniyada beynəlxalq şahmat turniri davam edir
    
                	 
    
         İspaniyanın Sevilya şəhərində şahmat üzrə beynəlxalq turnir keçirilir. 
Yarışlarda artıq 8-ci turun oyunları baş tutub. Turnirdə ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Azər Mirzəyev bu turda Argentina təmsilçisi Daniel Kampora ilə heç-heçə oynayıb. 
Hazırda şahmatçımız 6 xal toplamaqla turnirin liderlərindən yarım xal geridə qalır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: