Təmsilçilərimiz Yadigar İmam Kuboku uğrunda yarışacaqlar
21 Fevral 2012 Çərşənbə Axşamı 11:46
Yunan-Roma güləşi üzrə turnir İranın Qum şəhərində təşkil ediləcək
24-26 fevral tarixdə İran İslam Respublikasının Qum şəhərində yunan-Roma güləşi üzrə Yadigar İmam Kuboku beynəlxalq turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, məşqçilər Şaban Donat və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə 10 güləşçimiz iştirak edəcək. Heyətdə Vilayət Qəhrəmanlı (55 kq), Sakit Cəlilov (60 kq), Azad Əliyev, Rüstəm Əliyev (hər ikisi 66 kq), Emin Əhmədov (74 kq), Həmzət Usubov, Şəhriyar Məmmədov (hər ikisi 84 kq), Araz Həsənov, Murtuza Tağıyev (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) yer alıb.
DOSTLARINLA PAYLAŞ: