Təmsilçilərimiz üçün dünya çempionatı başa çatdı
12 Sentyabr 2011 Bazar Ertəsi 10:33
Zəka sahiblərimiz mübarizəni erkən başa vurublar
Rusiyanın Xanti-Maysiysk şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda Azərbaycan qrossmeysterləri çıxışlarını başa vurublar. ANS PRESS-in yarışın rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçilərimiz 1/4 final mərhələsində mübarizəni dayandırıblar.
Belə ki, əsas oyunlarda ukraynalı Vasili İvançukla heç-heçə edən (1:1) millimizin üzvü tay-brekdə məğlubiyyətə üzülüb. O, ilk görüşdə Olimpiya çempionu ilə xalları yarı bölsə də, ikinci qarşılaşmada şahını qoruya bilməyib. Nəticədə 0:5:1,5 hesabı ilə uduzan həmyerlimizin yarımfinala çıxmaq arzusu puç olub.
Xatırladaq ki, Azərbaycan yığması Dünya kubokuna 5 şahmatçı ilə qatılmışdı. Onlardan Rauf Məmmədovla Namiq Quliyev 1/64, Şəhriyar Məmmədyarov isə 1/16 final mərhələsində uduzaraq, yarışı tərk etmişdilər.
DOSTLARINLA PAYLAŞ: