Təmsilçilərimiz İstanbuldan 5 qızıl medalla qayıdır
31 Oktyabr 2011 Bazar Ertəsi 16:33
Güləş üzrə 27-ci Cümhuriyyət Kuboku turniri başa çatıb.
İstanbulda keçirilən güləş üzrə 27-ci Cümhuriyyət Kuboku beynəlxalq turniri başa çatıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, turnirdə Azərbaycan, Özbəkistan, Ukrayna, Gürcüstan, Rusiya və Türkiyə başda olmaqla, 10-dan artıq ölkənin pəhləvanları iştirak edib.

Böyük məşqçi İlqar Abdulov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə iştirak edən yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamız komanda hesabında ikinci olub. Ümumilikdə yığmamız 5 qızıl və 3 bürünc medal qazanıb və 52 xal toplayıb.

Qızıl medalları yığmamız üçün Fazil Zamanzadə (55 kq), Nurlan Əsgərov (60 kq), Ceyhun Əliyev (66 kq), Şamil Ertuqanov (74 kq) və Fuad Əliyev (84 kq), bürüncləri isə Toğrul Yunisli (74 kq), Sultan İsmayılov (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) əldə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar