Telman İsmayılov türk idmançılara hədiyyə verib
18 İyun 2011 Şənbə 14:22
Telman İsmayılov türk idmançılara hədiyyə verib. Türk boksçular AÇ-də uğurla qazanacaqları təqdirdə “Mardan Palace”də dincələcəklər.
Boks üzrə Türkiyə milli komandası Avropa çempionatında uğurla çıxış edərsə, həmyerlimiz Telman İsmayılova məxsus 7 ulduzlu “Mardan Palace” otelində dincələcəklər.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin ANS PRESS-ə verdiyi məlumata görə, yığmanın düşərgəsinə gələn Türkiyə Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü Mustafa Koçinoğlu qızıl medal qazanan idmançıları şəxsi hesabına Antalyaya aparacağını deyib.

Koçinoğlu yerli azarkeşləri boksçulara dəstək olmağa çağırıb: “Mən bu komandaya inanıram. Millimiz üçün azarkeş dəstəyinin böyük önəmi var. Paytaxt sakinləri bizi tək buraxmasınlar”.

Koçinoğlunun istəyinə baxmayaraq, Ankara idmansevərlərinin Avropa çempionatına marağı çox azdır. Ankara Spor Salonunun tribunalarının əksəriyyəti demək olar ki, boş olur.

ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar