Telman İsmayılov Rusiya futbol klubuna sponsorluq edəcək
12 Fevral 2010 Cümə 16:00
Telman İsmayılov “Terek”in xərclərinin bir hissəsini öz üzərinə götürüb.
Növbəti mövsümdən azərbaycanlı iş adamı Telman İsmayılov Rusiyanın “Terek” klubunun xərclərinin bir hissəsini öz boynuna götürəcək. Bu barədə məlumatı “Terek” futbol klubunun vitse-prezidenti Haydar Alxanov verib. Telman İsmayılovla yanaşı kluba “ZATO-Bank” da sponsorluq edəcək.

“Bu iki sponsorun “Terek”ə ayıracağı vəsait klubu saxlamağa kifayət edəcək. Gələn mövsümdə heç bir problemin olmayacağına ümid edirik”, -deyə Alxanov bildirib.

Xatırladaq ki, Telman İsmayılov əvvəllər Moskvada yerləşmiş “Çerkizov” bazarının sahibi olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar