Təlim-məşq toplanışı başa çatdı
01 Fevral 2011 Çərşənbə Axşamı 03:10
Komanda tam tərkibdə fevralın 3-də Bakıda toplaşacaq
Türkiyədə 20 günlük təlim-məşq toplanışlarını yanvarın 31-də başa çatdıran “Xəzər-Lənkəran” klubu Vətənə qayıdır. ANS PRESS-in klubun internet saytına istinadən verdiyi məlumata görə, 6 sınaq görüşü keçirən komanda həmin görüşlərin 4-də məğlubiyyətə uğrayıb, 1-də qalib gəlib, 1 görüş isə heç-heçə nəticələnib. “Xəzər-Lənkəran” Qazaxıstan Superliqasının “Atırau” klubuna 1:2, Türkiyə Superliqasinin “Qasımpaşa” klubuna 1:4, Ukrayna Premyer-liqasının “Zarya” (Luqansk) klubuna 1:3 və bu ölkənin birinci divizionunda çıxış edən “Çernomorets” (Odessa) klubuna 2:3 hesabı ilə məğlub olub, Ukrayna Premyer-liqasının “Krivbass” klubuna isə 1:0 hesabı ilə qalib gəlib, Ukrayna yüksək liqasının daha bir təmsilçisi - Zaporojyenin “Metallurq” klubu ilə heç-heçə (1:1) oynayıb.

Qeyd edək ki, Bakıya yalnız klubun yerli heyəti qayıdacaq, legionerlər isə Antalyadan vətənlərinə yollanacaqlar. “Xəzər Lənkəran” tam tərkibda fevralın 3-də Bakıda toplaşacaq. Bir gün sonra isə komandamız Lənkərana yollanaraq, fevralın 13-də keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” qarşılaşmasına hazırlaşacaq. Baş məşqçi Mirça Rednik hazırda vətənindədir. Onun Rumıniyaya səfərinin məqsədi son transferləri həyata keçirməkdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar