“Təəssüf ki, 2 xal itirdik”
03 Sentyabr 2011 Şənbə 03:06
“Meydançanın vəziyyəti yaxşı deyildi, bir toxuuşlu ötürmələrdən istifadə edə bilmədik”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Belçika oyunundan sonra təşkil olunmuş mətbuat konfransında Belçika yığmasının baş məşqçisi Jorj Leekensi oyunla bağlı fikirlərini bildirib. “Təəssüf ki, 2 xal itirdik”, - deyən baş məşqçinin sözlərinə görə, Belçika millisi birinci hissədəki imkanlardan istifadə edə bilməyib: “Sonda qapımızdan top buraxdıq. Sizin sevincinizi anlayıram. Onu da qeyd edim ki, meydançanın vəziyyəti yaxşı deyildi. Komandamız bir toxunuşlu ötürmələrə üstünlük verir. Lakin belə meydançada bunu edə bilmədik”.
“Biz Türkiyə yığmasının yox, öz oyunumuz haqda düşünürük. Bugünkü matçın qəhrəmanı kimi qapıçınız Kamran Ağayevin adını qeyd edə bilərəm. Əgər vaxtında yaratdığımız imkanlardan istifadə etsəydik, heç penaltiyə ehtiyacımız olmayacaqdı”, - Jorj Leekensi deyib.
DOSTLARINLA PAYLAŞ: