Moskvanın “Domodedovo” hava limanında tanınmış futbolçunun Rusiyanı tərk etməsinə icazə verilməyib. ANS PRESS, Rusiyanın “Birinci kanal”ına istinadən xəbər verir ki, Rusiya yığmasının keçmiş qapıçısı, hazırda isə Daşkəndin “Lokomotiv” klubunun şəfərini qoruyan Aleksandr Filimonov Özbəkistana getmək istəyib. Lakin məhkəmə pristavları onun 700 000 rublu (təxminən 17 900 manat) borcunun olmasını əsas gətirərək, Özbəkistana uçmasına imkan verməyib. Bu, futbolçunun 2007-ci ildən ödəmədiyi alimentlərin cəmidir.
Son yarım il ərzində Moskva vilayətinin məhkəmə pristavlar borcluların ölkədən kənara buraxılmaması ilə 3000-dən artıq qərardad çıxarıblar. İddiaların ümumi məbləği 4 milyard rubla (təxminən 1 024 000 manata) yaxındır. /ANS PRESS/