Tanınmış futbolçu Arda Turan nişanlanıb
    13 Yanvar 2010 Çərşənbə 14:50
    Arda Turanla aktrisa Sinem Kobal paparatsilər tərəfdən yaxalandı
    
                	 
    
         Tanınmış türk futbolçusu Arda Turan ilə aktrisa Sinem Koballa nişanlanması xəbəri bu dəfə şayiə olmadı. Sevgililər türk paparatsilərin kameralarına tuş gəlib.
Qeyd edək ki, fotoqraflar Kobalın barmağında nişan üzüyünün olması ilə bağlı məlumatı gündəmə gətirməyə nail ola biliblər. 
Cütlük Yeni il gecəsi iki hadisəni qeyd edib. Bayramı Maldiv adalarında qarşılayan cütlük elə həmin gün nişanlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: