Taekvondoçularımız Almaniyaya gedir
07 Mart 2013 Cümə Axşamı 10:24
İdmançılarımız “German Open” beynəlxalq turnirində çıxış edəcək.
Almaniyanın Hamburq şəhərində taekvondo üzrə “German Open” beynəlxalq turniri keçiriləcək. Taekvondo Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Azərbaycanı yarışda 18 idmançı təmsil edəcək.

Kişilərin turnirində Samir Aydınov (54 kq), Samir Cavadlı (58 kq), Ramik Nəzərov, Səbuhi İsmayılzadə (hər ikisi – 63 kq), Hüseyn Mehrəliyev, Fariz Əliyev (hər ikisi – 68 kq), İlkin Şahbazov, Elvin Məmmədov (hər ikisi – 74 kq), Ramin Əzizov (80 kq), Bayraməli Vəliyev və Fərid Tağızadə (hər ikisi – 87 kq) çıxış edəcəklər.

Qadınların turnirində Xəyalə Quliyeva (46 kq), Nübar Hacıyeva, Türkanə Tahirli (hər ikisi – 49 kq), Aygül Abdullayeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizova (67 kq) dayanqa çıxacaqlar.

Turnir martın 8-dən 12-dək davam edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar