Taekvandoçumuz Dünya reytinqində 5-cidir
13 Oktyabr 2009 Çərşənbə Axşamı 12:10
Taekvandoçumuz Dünya reytinqində 5-cidirş İlk onluğa 5 azərbaycanlı daxil edilib
Dünya Taekvando Federasiyası (WKF) bu idman təşkilatının rəsmi yarışlarında çıxış etmiş idmançıların reytinq cədvəlini dərc edib. Turnirlərin yekunlarına görə, Azərbaycan taekvandoçuları arasında ən yaxşı nəticəni 80 kq çəki dərəcəsində çıxış edən Rəşad Əhmədov göstərib. O, reytinqdə 5-ci yerə sahibdir. Dünyanın ən yaxşı taekvandoçularının ilk onluğuna Azərbaycan idmançıları Samir Aydınov (58 kq), Rövşən Məmmədov (63 kq), İlkin Şahbazov (68 kq) və Təvəkkül Bayramov (87 kq) da daxildir.

Digər təmsilçilərimiz Arzu Bağırova, Nigar Hacıyeva (hər ikisi 53 kq), Aygül Əliyeva, Nübar Hacıyeva (hər ikisi 46 kq), Aygül Abdullayeva, Şəfiqə Kərgər (hər ikisi 49 kq), Zahid Məmmədov (54 kq), Günay Ağakişiyeva (62 kq), Yelena Abbasova (67 kq) və Ramin Əzizov (80 kq) da reytinq siyahısına daxil ediliblər.

Oktyabrın 14-19–da Kopenhagendə taekvando üzrə Dünya çempionatı keçiriləcək. Ölkəmizi yarışlarda 12 idmançı təmsil edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar