Svetlana Kuznetsova "Roland Qarros" turnirinin qalibi oldu
07 İyun 2009 Bazar 11:00
Rus tennisçi finalda həmyerlisi Dinara Safinanı məğlub edib

 

Fransanın paytaxtı Parisdə keçirilən "Roland Qarros" 108-ci Fransa Açıq Tennis Turnirində qadın tennisçilər arasında final qarşılaşması keçirlib. Turnirin final matçında iki rus tennisçi, turnirin bir nömrəli tennisçisi Dinara Safina və 7 nömrəli tennisçi Svetlana Kuznetsova üz-üzə gəlib. Safınanı 4-6 və 2-6 hesablı setlərdən sonra 2-0 məğlub edən Kuyuzenetsova Roland Qarros turnirində çempioluğu bayram edib.

Qeyd edək ki, 2004-cü ildə Amerika Açıq Tennis Turnirinin qalibi olan Kuznetsova, 2006-cı ildə "Roland Qarros" turnirininin finalında məğlub olmuşdu. Bu zəfər, Kuznetsovanın "Roland Qarros" turnirində qazandığı ilk çempionluq olub.

Rus tennisçi Marat Safının bacısı olan Dinara Safına, bu məğlubiyyətdən sonra göz yaşlarını saxlaya bilməyib. Turnirin qalibi olan Svetlana Kuznetsova isə qalib üçün ayrılmış 1 milyon avro pul mükafatına da sahib olub. Kuznetsovaya çempionluq kubokunu əfsanəvi qadın tennnisçi Steffi Qraf təqdim edib.

Bu gün "Roland Qarros" turnirində kişi tennisçilərin final qarşılaşması keçiriləcək. Finalda isveçrəli Roje Federer və isveçli Robin Soderlinq qarşılaşacaq. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar