Şvaynştager qisas haqda düşünür
06 İyul 2010 Çərşənbə Axşamı 17:00
Futbolçu Şvaynştager Almaniya yığmasının uğuruna inanır.
Almaniya yığma komandasının futbolçusu Bastian Şvaynştager qisas haqqında düşünür. Futbolçu mundialın yarımfinal mərhələsi çərçivəsində İspaniya komandası üzərində qələbə qazanmaqla, Avro 2008-in finalındakı məğlubiyyəti unutmaq istədiyini bildirib.

“Biz 2008-сi ildə Avropa çempionatının finalında İspaniya yığmasına məğlubiyyətdən çox pərişan olmuşduq. Mənim üçün İspaniya dünyanın ən güclü komandasıdır. Ancaq mən Almaniya yığmasının qələbəsinə inanıram ”, - deyə o bildirib.

Xatırladaq ki, İspaniya yığması Avro 2008-in finalında Almaniya millisinə 1:0 hesabı ilə qalib gələrək qitə birincisi olmuşdu. Bu komandaların növbəti dueli Dünya Çempionatı-2010-da olacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə 23:30-sa baş tutacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar