Süvarilərin Bakı birinciliyi mübarizəsi
07 Avqust 2010 Şənbə 23:15
Atcılığın “konkur” növü üzrə Bakı birinciliyi keçirilib.
Novxanıda yerləşən “Sərhədçi” Atçılıq İdman Klubunun açıq manejində atcılığın “konkur” növü üzrə Bakı birinciliyi keçirilib. Bu dəfəki yarışda ümumilikdə 12 süvari qalib adı uğrunda mübarizə aparıb.

Ali mükafat uğrunda “Günay”, “Sərhədçi”, “Murad” və “Atçılıq” məktəblərinin təmsilçiləri mübarizə aparıb. Atlılar ilk mərhələdə hündürlüyü 130 sm olan müxtəlif maneələri dəf ediblər. İkinci turda isə bu hündürlük daha 10 santimetr artırılıb. İki mərhələnin yekununa görə Gennadi Qaşıbəyazov “Kalinka” ləqəbli atı ilə birinciliyin qalibi adını qazanıb. O verilmiş marşrutu cərimə balı qazanmadan və bütün rəqiblərindən tez keçib. İkinci yeri “Uterusa” ləqəbli atı ilə bolqar əsilli Azərbaycan süvarisi Veneto Tenev tutub. Ən güclü üçlüyü isə Hikmət Musayev tamamlayıb. O, “Layt Limercik” ləqəbli atı ilə fərqlənib.

İlk pillənin sahibi şəxsi büdcəsini 1650 manat artırıb. Qeyd edək ki, budəfəki Bakı birinciliyində 8 ayrı cinsdən olan 14 at yarışıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar