Şuşa klubunda qalmaqal
11 Yanvar 2011 Çərşənbə Axşamı 23:50
İki futbolçu Şuşa klubu rəhbərliyindən müqavilə üçün çoxlu pul istəyib.
I Divizionda mübarizə aparan “Şuşa” klubunda qalmaqal yaşanıb. ANS PRESS-in məlumatına görə, hazırda İmişlidə "MKT Araz"ın bazasında təlim-məşq toplanışı keçən klubun yeni seçilmiş 2 futbolçusu komandadan qovulub. Bunlar Pərviz Şahbazov və Zaur Əliyevdir.

Futbolçularla yaşanan qalmaqala səbəb onların klub rəhbərliyindən müqavilə üçün çoxlu pul istəmələri olub.

Məlumata görə, onlar hətta Premyer Liqada oynayan futbolçuların transferinə xərclənən qədər pul tələb edib. Klub məlumatı təsdiq edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar