Superkubok sahibini gözləyir
18 Avqust 2009 Çərşənbə Axşamı 17:25
Mükafat uğrunda “Barselona” və “Şaxtyor” klubları mübarizə aparacaqlar

 

Avqustun 28-də Monakonun “II Lui” stadionunda İspaniyanın “Barselona” və Ukraynanın “Şaxtyor” klubları arasında UEFA Superkuboku uğrunda görüş keçiriləcək. Matçdan bir gün əvvəl isə hər iki klubun oyunçuları qonaq qismində Avropa Liqasının və Çempionlar Liqasının püşkatma mərasimi keçirilən mətbuat konfransında iştirak edəcəklər. ANS PRESS-in “uefa. com”-a istinadən verdiyi məlumata görə, 27 avqustda isə hər iki klub matçın keçiriləcəyi “II Lui” stadionunda məşqə çıxacaqlar.

“Şaxtyor” saat 19:00-dan 20:00-dək, “Barselona” isə 20:15-dən 21:15-dək oyunun keçiriləcəyi stadionda məşq edəcəklər. Ənənəvi olaraq UEFA Superkubokunun sahibi müəyyənləşdikdən sonra Avropada klub komandalarının növbəti mövsümünə start veriləcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar