Superkubok oyunu avqustun 26-da keçiriləcək
29 May 2011 Bazar 18:39
Monakoda "Barselona" ilə "Porto" üz-üzə gələcək.
Avropanın iki ən güclü klubu arasında keçirilən UEFA Superkubokunda qarşılaşacaq komandalar və matçın tarixi məlumdur. Çempionlar Liqasının finalında “Mançester Yunayted”i məğlub edən (3:1) “Barselona” Monakoda keçiriləcək matça vəsiqə qazanıb. Belə ki, kataloniyalılar Avropa Liqasını qazanmış Portuqaliya çempionu “Portu”ya rəqib olublar.

Pireney yarımadasının iki komandası arasında oyun avqustun 26-da keçiriləcək.

Qeyd edək ki, indiyədək UEFA Superkuboku 35 dəfə keçirilib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar