Super Liqanın dördlüyü müəyyənləşib
25 Mart 2011 Cümə 23:02
“Azərreyl” və “Lokomotiv” komandaları Super Liqa yarışlarının “Dördlər finalı” mərhələsinə yüksəlib
Azərbaycan Voleybol Federasiyasının idman zalında qadın voleybol komandaları arasında Super Liqa yarışlarının pley-off mərhələsinin cavab görüşləri keçirilib. İlk olaraq “Şirvan” və “Azərreyl” komandaları qarşılaşıblar. Görüş “Azərreyl”in 3:0 (25:16, 25:15, 25:18) hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə “Bakı” komandası “Lokomotiv” klubunu qəbul edib. Bu oyunda “Lokomotiv” rəqibinə 3:1 (28:26, 25:17, 22:25, 25:17) hesabı ilə qalib gəlib. Beləliklə, “Azərreyl” və “Lokomotiv” komandaları Super Liqa yarışlarının “Dördlər finalı” mərhələsinə yüksəlib.
Turnir cədvəlində ilk iki pillədə qərarlaşan “Rabitə” və “İqtisadçı” klubları isə birbaşa “Dördlər finalı”nda iştirak hüququ qazanıblar.
DOSTLARINLA PAYLAŞ: