Sumqayıt klubunun rəqibi müəyyənləşib
04 Yanvar 2012 Çərşənbə 20:26
Premyer Liqanın debütantı Antalyada Qazaxıstanın “Jetisu” klubu ilə qarşılaşacaq.
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək “Sumqayıt”ın ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib. ANS PRESS fanat.az portalına istinadən xəbər verir ki, Premyer Liqanın debütantı Qazaxıstan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Jetisu” klubu ilə qarşılaşacaq.

“Sumqayıt”ın hazırlıq mərhələsi iki hissədən ibarət olacaq. Birinci hissədəki toplanış yanvarın 5-dən 15-dək Bakıda baş tutacaq. Hazırlıq mərhələsinin ikinci hissəsi isə Türkiyənin Antalya şəhərində olacaq. Komanda Bələk bölgəsinin “Limak Arkadia” otelində məskunlaşacaq.

Yanvarın 16-dan 30-dək qonşu ölkədə təlim-məşq toplanışı keçəcək “Sumqayıt” üç və ya dörd yoxlama oyunu keçirməyi planlaşdırır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar