Sumoçularımız Avropa çempionu oldular
25 Avqust 2009 Çərşənbə Axşamı 12:45
İdmançılarımız yarışda ümumilikdə 3 medal qazanıblar
İsveçrədə sumo üzrə Avropa çempionatı başa çatıb. Çempionatda Azərbaycan idmançıları da iştirak ediblər. Sumoçularımız Avropa çempionatında iki qızıl və bir bürünc medal qazanıblar. Yarışların ən yüksək pilləsinə təmsilçilərimizdən, Zaur Bağırov (115 kq) və Namiq Sadıxov (70 kq) qalxıb. Bürünc medala isə Əmrah Əhmədov (80 kq) sahib çıxıb. Zaur Bağırov final qarşılaşmasında Dünya və Avropa çempionu ukraynalı Konstantin Yermakova qalib gələrək çempion adını qazanıb. Sumo üzrə komandamızın baş məşqçi Rüfət İsmayılovun rəhbərliyi ilə İsveçrədə ümumilikdə Azərbaycanın 11 sumo güləşçisi yarışıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar