“Sülhsevər” Azərbaycan idmançıları
18 May 2010 Çərşənbə Axşamı 10:05
Şahmatçılarımız Həştərxan Qran-qrisində ardıcıl V tur heç-heçə edirlər.
Rusiyanın Həştərxan şəhərində FİDE Qran-prisi davam edir. Yarışda artıq VII turun oyunları baş tutub. Təmsilçilərimiz bu tur da qələbə üzünə həsrət qalıblar.
Vüqar Həşimov rusiyalı Pyotr Svidler, turnirin reytinq favoriti Şəhriyar Məmmədyarov isə çinli Van Yue ilə xalları yarı bölüb. Teymur Rəcəbov isə digər rusiyalı Dmitri Yakovenko ilə sülh bağlayıb.
Xatırladaq ki, Həştərxan Qran-prisində VIII turun oyunları bu gün baş tutacaq. Bu turda Teymur Rəcəbov İsrail təmsilçisi Boris Qelfandla, Şəhriyar Məmmədyarov rusiyalı Yevgeni Alekseyevlə, Vüqar Həşimov isə çinli Van Yue ilə münasibətlərinə aydınlıq gətirəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: