Süleyman Kərimov “Anji”ni alır
15 Yanvar 2011 Şənbə 11:35
Süleyman Kərimov “Anji”ni alır. Milyarder klub səhmlərinin 80 faizinə sahib çıxacaq.
Ləzgi əsilli rusiyalı milyarder Süleyman Kərimov Mahaçqalanın “Anji” klubunu alır. Süleyman Kərimovla klub rəhbərliyi arasında ilkin danışıqların uğurla nəticələndiyi bildirilir. Digər yayılan məlumatlarda isə Mahaçqala təmsilçisinin öz formasını dəyişəcəyi deyilir.
Deyilənlərə görə, “Anji” məhdud məsuiliyyətli cəmiyyətdən səhmdar cəmiyyətə çevriləcək. “Anji”nin səhmlərinin 80 faizinin Süleyman Kərimov, 20 faizinin isə Dağıstan rəhbərliyinə mənsub olacağı bildirilir.
Xatırladaq ki, “Anji” klubunda iki həmyerlimiz çıxış edir. Bunlardan biri yığmamızın üzvü Mahir Şükürov, digəri isə klubunun baş məşqçisinin köməkçisi Vaqif Sadıqovdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: