Subaşiç üçün əlamətdar gün
09 Dekabr 2012 Bazar 16:46
Futbolçu Subaşiç bu gün 50-ci matçını keçirir.
Premyer Liqanın XVI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran”ın futbolçusu Branimir Subaşiç üçün əlamətdar olacaq. Klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasının milliləşən hücumçusu komandanın heyətində yubiley – 50-ci matçını keçirəcək.
Y
ubiley matçına Zaqatalada çıxacaq Branimir indiyədək 49 matçın iştirakçısı olub. O, 41 çempionat, 4 kubok və 4 avrokubok matçında çıxış edib. Bu qarşılaşmalarda 14 dəfə fərqlənən Subaşiç çempionatda 9, avrokuboklarda 3, kubokda 2 dəfə rəqib qapısına yol tapıb. Bu müddətdə hücumçu cəmi 2 dəfə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Subaşiç 2011/12 mövsümündə “Xəzər Lənkəran”da debüt edib. Onun ilk matçı 2011-ci il avqustun 20-də “Turan”la ev oyunu olub. Start heyətində meydana çıxan əslən serb futbolçu 3:1 hesabı ilə başa çatan qarşılaşmada 86 dəqiqə meydanda olmuşdu və elə bu oyundaca dublunu rəsmiləşdirə bilmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar