Stenli Kuboku uğrunda amansız mübarizə davam edir
24 Aprel 2010 Şənbə 15:55
Yarışda pley-off mərhələsinin oyunları keçirilib.
ABŞ-ın Milli Hokkey Liqasının Stenli Kuboku uğrunda yarışda pley-off oyunları keçirilib. Məşhur rusiyalı hokkeyçi Aleksandr Oveçkinin formasını geyindiyi “Vaşinqton Kepitalz” öz meydanında “Monreal Kanadiens”lə üz-üzə gəlib.

Oyun qonaqların 2:1 hesablı qələbəsilə yekunlaşıb. “Vaşinqton”un heyətində yeganə şaybanı Aleksandr Oveçkin vurub. Məğlubiyyətə baxmayaraq “Vaşinqton” “Monreal”la seriyada 3:2 hesabı ilə öndədir.

Rəqiblərin növbəti qarşılaşması aprelin 26-da Kanadanın Monreal şəhərində baş tutacaq.

Pley-off-da baş tutmuş digər qarşılaşmaların nəticələrini nəzərinizə çatdırırıq:
“Finiks” – “Detroyt” 1:4,
“Vankuver” – “Los-Anceles” 7:2. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar