Stadionda evlilik təklifi
    15 Dekabr 2009 Çərşənbə Axşamı 11:50
    Stadionda evlilik təklifi. Azarkeşlərin gözü qarşısında maraqlı hadisə yaşanıb.
    
                	 
    
         Türkiyə çempionatının növbəti turu çərçivəsində keçirilən “Adanaspor”- “Orduspor” qarşılaşmasından sonra maraqlı hadisə yaşanıb. 
“Adanaspor” klubunun qapıçısı Tolqahan Acar tribunada əyləşən sevgilisi Burcu Altuntaşa evlənmək təklifi edib. Ondan evlənmək təklifini alacağını əvvəlcədən bilən Burcu bunu stadionda eşidəcəyindən şoka düşüb: "Bu mənim üçün sürpriz oldu”-deyə Altuntaş bildirib. 
“Adanaspor”un qolkiperi onunla evlənməyə razı olduğu üçün Burcuya təşəkkür edib. 
Cütlük stadionda alverçidən şirniyyat alaraq əlamətdar hadisəni qeyd ediblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: