Spartak klubu Türkiyədən futbolçu aldı
29 İyul 2011 Cümə 16:20
Spartak klubu Türkiyədən futbolçu aldı. Emenike Rusiya çempionatında çıxış etməyə yaxındır.
Türkiyənin “Fənərbaxça” klubundan ayrılan nigeriyalı futbolçu Emmanuel Emenike Rusiyanın “Spartak” (Moskva) klubu ilə razılığa gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 24 yaşlı futbolçu “Spartak”a 10 milyon avroya başa gəlib.

“Spartak”ın nümayəndələri iki klub arasında futbolçunun transferi məsələsində razılığa gəlindiyini bildirsələr də, futbolçunun hələ tibbi müayinədən keçmədiyi məlumatını veriblər. Emenikenin sağlamlıqla bağlı hər hansı bir problemi çıxarsa, transferin baş tutmamaq ehtimalı da var.

Xatırladaq ki, “Spartak” 17-ci turu oynanılan Rusiya çempionatında 27- xalla 5-ci yerdə qərarlaşıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar