Spartak Emin Mahmudovu satır?
17 Dekabr 2011 Şənbə 13:02
Rusiya klubu azərbaycanlı futbolçu Emin Mahmudov ilə bağlı təklifi nəzərdən keçirir.
"Spartak" (Moskva) futbol klubu qış transfer pəncərəsi zamanı azərbaycanlı yarımmüdafiəçi Emin Mahmudovu satmağı düşünmür. ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, klub Emin Mahmudovun ancaq nəzərdə tutulan icarəyə verilməsi təklifini gözdən keçirəcək.
Bobsoccer.ru yazır ki, klubda oyunçunun gələcəkdə alınması şərtilə icarəyə verilməsi variantı istisna olunur. Klubun mövqeyi belədir: 19 yaşlı oyunçuya üçün bu şərtlərdə sığınacaq tapılmasa, o, komandada qalacaq.
DOSTLARINLA PAYLAŞ: