Son ölkə çempionu məğlub oldu
28 Avqust 2010 Şənbə 22:05
Bu gün Unibank Premyer Liqasında 4-cü tura start verilib.
Futbol üzrə Unibank premyer liqasında 4-cü tura bu gün start verilib. Turun mərkəzi matçında son ölkə çempionu “İnter” premyer liqanın qızıl medallarına iddialı “Neftçi” komandasını qəbul edib. Şəfa stadionunda keçirilən “İnter”-“Neftçi” qarşılaşması 0:2 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

"İnter" - "Neftçi" qarşılaşmasında qolları 34-cü dəqiqədə Bahadir Nasimov və 50-ci dəqiqədə penalti zərbəsindən Flavio Aleks Valensio vurub.

Salyan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan "Muğan" - "Gəncə" qarşılaşması isə heç-heçə başa çatıb. Samir Zərgərovun 31-ci dəqiqədə vurduğu qola İqor Souza matçın sonunda – 90-cı dəqiqədə cavab verə bilib.

Bu gün keçirilən "Simurq" - "Turan" qarşılaşması da heç-heçə başa çatıb. 2:2 hesabı ilə başa çatmış matç Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar