Son cüdoçumuz Elmar Qasımov Olimpiadada mübarizəyə qoşuldu
02 Avqust 2012 Cümə Axşamı 13:45
Elmar Qasımov ilk döyüşündə qazaxıstanlı rəqibini məğlub edib.
Bu gün XXX London Yay Olimpiya Oyunlarında Azərbaycanın cüdo yığmasının sonuncu üzvü Elmar Qasımov (100 kq) mübarizəyə qoşulub.

ANS PRESS-in məlumatına görə, 1/16 final mərhələsində cüdoçumuzun rəqibi qazaxıstanlı Maksim Rakov oldu. Qasımov yuko xalı ilə görüşü qalib başa vurdu.

Qeyd edək ki, olimpiadaya 8 idmançı ilə yollanan cüdo yığmamızın artıq 7 üzvü çıxışını medalsız başa vurub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar