Soçi şeherinin Adler-arena stadionunda keçiriln yarışda ilk üç yeri niderlandlılar tutub.
Fevralın 8-de 22-ci Qış Olimpiadasında ilk Olimpiya rekordu qeyde alınıb.
Niderlandlı konkisüren Sven Kramer 5 min metr mesafeye qaçışla bütün reqiblerini keçerek qızıl medala sahib olub, hem de 6:10:76 netice ile yeni Olimpiya rekordu adına layiq görülüb.
ANS PRESS-in Rusiya metbuatına istinaden verdiyi melumata göre, Soçi şeherinin “Adler-arena” stadionunda keçirilen yarışda ilk üç yeri niderlandlılar tutub. Yan Blokheysen ve Yorrit Berqsma 2-ci ve 3-cü yerlerde qerarlaşıblar.
Xatırladaq ki, Olimpiya çempionu Kramer 2006-cı il Turinde keçirilen Olimpiadada gümüş medal qazanmışdı.