SOCAR Azərbaycan Tomsk-400 klubunu məğlub etdi
01 Oktyabr 2011 Şənbə 21:45
Şahmat üzrə klublararası Avropa çempionatında son turun oyunları keçiriləcək. SOCAR Azərbaycan Tomsk-400 klubunu məğlub etdi.
Sloveniyanın Roqaşka Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında növbəti turun oyunları baş tutub. “SOCAR Azərbaycan” “Tomsk-400” klubu ilə qarşılaşıb.

Yarışın liderləri sırasında olan və güclü heyətə malik Rusiya klubu ilə oyuna komandamız ən güclü şahmatçılarla çıxıb. Kapitan Vladimir Tukmakov Rauf Məmmədov və Eltac Səfərliyə istirahət verərək, əsas heyəti şahmat taxtası arxasındla əyləşdirib.

Aleksandr Qrişukun heç-heçəsindən sonra Emil Sutovskinin məğlubiyyəti “SOCAR Azərbaycan”ı çətin vəziyyətdə qoysa da, komanda yoldaşları onu sığortalamağı bacarıblar. Andrey Volokitin, Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun rəqiblərini mat qoyması “SOCAR”ın vaxtından əvvəl qələbəsini təmin edib.

Rüstəm Qasımcanov isə heç-heçə ilə görüşün hesabını müəyyənləşdirib: 4-2.

Qeyd edək ki, bütün mükafatçıların adlarına bu gün aydınlıq gələcək. Azərbaycan turnirdə ikinci sırada qərarlaşmış Almaniyanın “Baden-Baden” klubu ilə mübarizə aparacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar