Sneyderin qardaşı da Türkiyəyə gəlir
01 İyul 2013 Bazar Ertəsi 21:30
22 yaşlı yarımmüdafiəçi “Şanlıurfaspor” ilkin razılığa gəlib.
“Qalatasaray”ın futbolçusu Uesli Sneyderin qardaşı Rodni Sneyder də karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Valkeyk” klubunun 22 yaşlı yarımmüdafiəçisi ilə “Şanlıurfaspor” ilkin razılığa gəlib.
Türkiyə təmsilçisi rəsmi internet səhifəsində Sneyderə təklif göndərdiklərini və təklif futbolçu və meneceri tərəfindən qəbul edildiyi bildirilib. Həmçinin Rodni ilə isə yaxın günlərdə rəsmi müqavilə imzalanacağı göstərilib.
Qeyd edək ki, Sneyder peşəkar futbol karyerasına “Ayaks”da başlayıb. Daha sonra o, “Utrext” və “Valkeyk”də çıxış edib.
DOSTLARINLA PAYLAŞ: