Snayper futbolçu “Xəzər Lənkəran”da
04 Fevral 2011 Cümə 10:40
İsmayıl Banqura cənub klubu ilə birillik müqavilə imzalayıb
“Xəzər Lənkəran” futbol klubu daha bir futbolçu ilə rəsmi müqaviləyə imza atıb. ANS PRESS-in “Xəzər Lənkəran” futbol klubuna istinadən verdiyi məlumata görə, “Palmali” Şirkətlər Qrupunun Bakı filialının binasında Qvineya milli komandasının futbolçusu olan İbrahima Banqura ilə bir illik müqavilə imzalanıb.

Hücumçu və hücumameylli yarımmüdafiəçi mövqeyində oynayan Banqura son Antalya təlim-məşq toplanışı zamanı özünü yaxşı tərəfdən göstərməyi bacarıb və son yoxlama görüşündə fərqlənib.

28 yaşlı Banquranın çıxış etdiyi son klub Türkiyə Super Liqasının təmsilçisi “Konyaspor” komandası olub. Bundan əlavə qvineyalı futbolçu Türkiyənin “Dənizlispor”, Fransanın “Trua” və “İstr” klublarında da çıxış edib. Artıq uzun müddətdir ki, öz ölkəsinin milli yığmasının heyətinə çağırılan İbrahim bu formada çıxdığı 52 oyunda 19 qol vurmağa nail olub.



DOSTLARINLA PAYLAŞ:

oyunlar