Sloveniya Əlcəzair yığmasını məğlub etdi
13 İyun 2010 Bazar 19:00
Sloveniya Əlcəzair yığmasını məğlub etdi. Matçda yeganə qolun müəllifi Robert Koren olub.
Bu gün futbol üzrə 19-cu dünya çempionatında daha bir matç keçirilib. “C” qrupunda Sloveniya ilə Əlcəzair üz-üzə gəlib. Polokvane şəhərindəki “Piter Mokaba” stadionunda baş tutmuş qarşılaşmada sloveniyalılar 1:0 hesabı ilə qalib gəlib.

Qvatemalalı hakim Batres Karlos Albertonun idarə etdiyi oyunda yeganə qolun müəllifi Robert Koren olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar