Slovakiya millisi Bakıda
15 Avqust 2012 Çərşənbə 13:29
Qadın voleybolçulardan ibarət Slovakiya millisi Azərbaycan yığmasının dəvəti ilə Bakıya gəlib.

Voleybol Federasiyasından Apasport.az saytına verilən məlumata görə, şərqi avropalıların ölkəmizə gəlişində əsas məqsəd hər 2 komandanın Avropa çempionatının seçmə mərhələsinə birgə hazırlığıdır.

Onlar Faiq Qarayevin yetirmələri ilə birgə təlim-məşq toplanışı keçəcəklər və bir neçə yoxlama görüşündə qüvvələrini sınayacaqlar. Buna kimi Latviyada hazırlıq keçən voleybolçularımız son məşqlərini Bakıda yekunlaşdıracaqlar və buradan seçmə mərhələnin ilk dövrəsinin oyunları üçün Finlandiyaya gedəcəklər.

Qeyd edək ki, Belarus, Finlandiya və Avstriya yığmaları ilə eyni qrupda yer alan millimiz ikinci dövrənin oyunlarını Bakıda keçirəcək. Seçmə matçlar sentyabrda başlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar